Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində, ”Tərəqqi” Gəncliyin İnkişafı ictimai birlıiyi tərəfindən icra olunan “Masallı gənclərinin ekoloji mühitin yaxşılaşdırılması mövzusunda maarifləndirilməsi” layihəsi çərçivəsində 8 və 9 iyun 2016-cı il tarixlərdə Masallı şəhər və Ərkivan qəsəbə gəncləri ilə ayrı-ayrılıqda “Masallı” oteldə bir günlük seminar keçirilmişdir. Seminarda iştirakçılara aşağıdakı mövzular üzrə məlumat verilmişdir.
-Yaşıl Düşüncə
-Təmiz Dünya
-Ekoqidalanma
Bundan əlavə iştrirakçılara layihə çərçivəsində çəkilmiş “Bumeranq” adlı videoçarx nümayiş etdirilmiş və müzakirəyə çıxarılmışdır. Tədbir zamanı çıxış edən “Züha” Ekoklubunun rəhbəri Əflatun Qurbanov bu cür layihələrin ölkəmizin, vətənimizin ekologiyasının qorunmasında maarifləndirici rolu böyükdür. Masallı şəhəri təmsil edən Abbasov Aytac çıxışında vurğuladı ki, rayonda maşınların sayının çoxluğu həm havanın eyni zamanda səs çirklənməsinə də şərait yaradır. Vilayət Cavadov beynəlxalq təcrübədən misal çəkərk bildirdi ki İsveçdə ekologiyanı pozan insanları elə vətəndaşların təşəbbüsü ilə cəzalandırırlar. Sonda seminar iştirakçıları belə yekun rəyə gəldilər ki, ekolji mühitin qorunmasına aidiyyatı orqanlarla yanaşı vətəndəşlarda nəzarət etməli, baş vermiş qanunsuzluqla bağlı fəal vətəndaş kimi əməkdaşlıq edilməlidir.
“Tərəqqi” Gəncliyin İnkişafı ictimai birliyi 1 mart 2013-cü ildə Masallı şəhərində təsis edilmişdir. 22 aprel 2013-cü ildə Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Həmin ildə Gənclər Fondunun üçüncü qrant müsabiqəsinin qaliblərindən olmuşdur.