“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi (VIII qrant müsabiqəsi) ilə həyata keçirdiyi “Biz dini radikalizm və ekstremizmə qarşıyıq” layihəsi çərçivəsində keçirilən maarifləndirici tədbirlərə yekun vurdu. Layihə 10 may – 10 avqust 2016-cı il tarixlərini əhatə etməsinə baxmayaraq, orta ümumtəhsil məktəblərində, eləcə də digər tədris ocaqlarında dərs ilinin 14 iyun tarixində yekunlaşmasına görə tədbirlər sıx qrafik üzrə həyata keçirildi.
Layihə çərçivəsində rayonun 8 orta ümumtəhsil məktəbində maarifləndirici tədbirlər həyata keçirilmişdir. 09 iyun 2016-cı il tarixdə isə Ədəbiyyat Muzeyinin konfrans zalında yekun tədbir keçirilmişdir. Burada rayonun fəal gəncləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və digəriləri iştirak etmişlər. Ümumilikdə keçirilən 11 tədbirdə 1100 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Tədbir iştirakçılarına buklet və broşurlar paylanmışdır.
Keçirilən bu tədbirlərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin rəisi E.Vəliyev və şöbənin əməkdaşı V.Əliyev iştirak etmişlər.