Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi “Multikulturalizmin Azərbaycan modeli: dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” adlı layihənin icrasına davam edir.
Layihənin məqsədi uşaqların və gənclərin maarifləndiriməsi, cəmiyyətin gələcək sağlam inkişafına bu yolla töhfə verməkdir.
Layihənin may-iyun ayları ərzində ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulur.
275 nömrəli tam orta məktəbdə layihə rəhbəri, Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin icraçı direktoru Bəxtimşah Tağıyeva şagirdlərə multikulturalizm anlayışı haqqında ilkin məlumat verərək Azərbaycanın multikulturalizm modelinin əhəmiyyətini vurğuladı. B.Tağıyeva Azərbaycan cəmiyyətində dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətin uğurlu fəaliyyətini qeyd edərək cəmiyyətin də bu sahədə müəyyən rol oynamalı olduğunu vurğuladı.
Daha sonra məktəbin direktoru Elmira İsmayılova layihə rəhbəri B.Tağıyevaya minnətdarlığını bildirərək və layihənin təhsil müəssisəsində keçirilməsinin əhəmiyyətini bir daha qeyd etdi.
Sonda iştirakçılara sertifikatlar verildi və xatirə hədiyyələri paylanıldı, kofe-breyk təşkil edildi.
Layihə Bakı şəhəri 71 nömrəli orta məktəbdə davam etdirilməsi nəzərdə tutulub.