Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən “İrəvan – bizimqala. 3-cü mərhələ” adlı layihə icra edilib.
7 – 8iyun 2016-cı il tarixlərində Ağdaş rayonunda, 9-10 iyun 2016-cı il tarixlərində Goranboy rayonunda və 13-14 iyun 2016-cı il tarixlərində Samux rayonunda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanmışdır. Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsızlıq özünü pis tərəfdən göstərir. Onagörə də biz dədə – baba torpaqlarımız ın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik. Bu haqda layihənin rəhbəri Nurəddin Mehdiyev qeyd etmişdir.
Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhvə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair visual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı social şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilmiş, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunmuşdur. İrəvan və Qarabağ haqqında tanınmış resusrlar gənclərə tanıdılmışdır.
Seminarlar tarixçi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin sədr müavini Səbuhi Hüseynov tərəfindən aparılmışdır. Seminar -dərslər aşağıdakı mövzuları əhatə etmişdir:
– İrəvan – qədimAzərbaycantorpağı
– İrəvan – tarixifaktlar
– İrəvanın tarixi memarlıq abidələri
– İrəvan əhalisi
– Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak etmişlər. Hər bir regionda 2 gün ərzində davam edən layihə fəaliyyətinə adıçəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 3 000 gənc cəlb olunmuşdur.
Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları ilə təmino lunmuş, İrəvan tarixi ilə bağlı nəşr – poliqrafiya məhsulları iştirakçılara paylanmışdır. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Xatırladırıq ki, layihənin 1- ci və 2- ci mərhələsi 2015-ci ildə Azərbaycanın Sabirabad, Biləsuvar, Ağstafa, İsmayıllı, Masallı, Şəki regionlarında həyata keçirilmişdir.