“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 8 – 12 iyul 2016-cı il tarixlərində “Gəncə Avropa Gənclər Paytaxtı” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində “Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi” adlı beynəlxalq layihə həyata keçirəcək.
Beynəlxalq layihə Avropa Birliyi, Şərqi Avropa və Qafqaz ölkələrindən olan gəncləri bir araya gətirməklə ölkəmizdə könüllülük mövzusunda Avropa təcrübəsinin öyrənilməsi ilə gənclərin könüllülük işlərinə daha geniş miqyasda təşviq edilməsi və könüllülük prinsipinin təkcə gənclər işində deyil, eyni zamanda digər dövlət və qeyri dövlət strukturlarında tətbiqindən bəhs edəcək.
Layihənin məqsədi – Avropada “Könüllülük işi” sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və digər müəssilərin (KİV,dövlət qurumları və s.) könüllük sahəsində bu günə qədər əldə etdiyi təcrübənin Qafqaz regionunun gənclərinə aşılanması, əlavə olaraq “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” kompaniyası çərçivəsində könüllülük işinin beynəlxalq səviyyədə inkişaf etdirilməsi və kompaniyanın Avropalı gənclər arasında təbliğdir.
İcrasına başlanılan layihədə hazırda iştirakçıların seçimi həyata keçirilir. Təlimlərdə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna, Moldova, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Latviya və Rumıniyanı təmsil edən gənclər də iştirak edəcəklər.