«Həmrəy» GMDİB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinə «Vətən üçün nə etməli?» adlı layihə təqdim etmiş və müsabiqənin qaliblərindən biri olmuşdur.
Layihənin İcra planının aktiv fazasına I mərhələsinə uyğun olaraq, cari ilin iyun ayının 7-də Balakən, 8-də Zaqatala, 9-da Qax rayonlarında «Vətən üçün nə etməli?» adlı elmi-praktiki konfranslar həyata keçirmişdir.
Elmi-praktiki konfranslara Balakən rayonunda start verilmişdir.
400-dən çox gəncin iştirak etdiyi konfranslarda, Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin rəsmiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri də qatılmışdır. Gənclərin aktivliyi ilə baş tutan tədbirlər maraqla qarşıəlanıb və interaktiv şəkildə reallaşıb.
Layihənin rəhbəri Yəhya Babanlı bildirib ki, “Bu kimi tədbirlərin reallaşdırılması region gənclərinin icimai fəallığının artırılmasına, onların sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məsuldar iştiraklarına müsbət təsir etməklə yanaşı, gənclərin intelektual inkişafına və onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralaralarında sərbəst seçim etmələrində mühüm təsiri vardır. Bu tədbirlər sadalananlara xidmət etməklə gənclərin Vətən qarşısındakı vəzifələrini dərindən bilmələrinə töhfə verməyə hesablanıb. Hər bir gənc bilməlidir ki, öz vətənini, torpağını, dövlətini – müstəqil Azərbaycanı sevmək və qorumaq, öz ata-anasını, sevmək və öz ev-eşiyini qorumaq deməkdir. Şübhəsizdir ki, Vətən anlayışını dərk etmək, onu sevmək və qorumaq hər bir gəncin ən ümdə vəzifəsidir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təbirincə desək: “Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir”.
Həmçinin qeyd olunub ki, “Həmrəy” GMDİB-nin qarşısına qoyulmuş fəal vətəndaşlar, gənclər yetişdirmək missiyası da məhz sistemli, ardıcıl aparılan vətən təsübkeşliyi, vətəndaşlıq mövqeyi və vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.
Layihə çərçivəsində gənclərin hərbi xidmətə münasibəti, hərbi çağrış məsələlərinə toxunmaq nəzərdə tutulur. Bütövlükdə hərbi-vətənpərvərlik tərbiyəsinin Vətən təəssübü, Vətən anlayışının aliliyi, hərbi anda sədaqət, Vətən müdafiəsinə hazırlıq, milli dövlət rəmzlərinə hörmət meyarı təşkil edir. Vətəndaşlıq hissi vətənpərvərliyin ən yüksək forması olub, fərdin dövlət qarşısında öz hüquq vəzifələrini başa düşməsidir. Vətəndaşlıq hissi olan şəxs öz ətrafında vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir. Müstəqil, suveren dövlət quruculuğu yolunda gənclərin üzərinə vətənpərvərlik və milli şüurun dərk edilməsi sahəsində böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Bu xüsusda, yuxarıda sadalanan amillərin gənclərin diqqət mərkəzində olması vacib hesab olunmalıdır. Eyni zamanda, gənclərə vətənin ərazi bütövlüyünün qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dövlətimizin apardığı sülhməramlı siyasətin incəliklərini çatdırmaqdan ibarətdir. Ermənistan-Aərbaycan Dağlıq Qarabağ münaqişəsinin törətdiyi sosial problemləri, iqdisadi çətinlikləri, obyektiv şəkildə izah etməklə cari ilin aprel ayının 2-5 tarixlərində “üç günlük” müharibədə Azərbaycan xalqının ortaya qoyduğu haqlı mövqeyi və qətiyyəti, Azərbaycan Respublikası Prezidentinin nümayiş etdirdiyi açıq iradəni və əzmi gənclər arasında diskusiyaya çevirməkdir.
Layihə gənclərin ictimai fəallığının artırılmasına, onların liderlik keyfiyyətlərinə yiyələnmənə, onlarda stress, qərarsızlıq, ümidsizlik və ruh düşkünlüyünün aradan qaldırılmasına, çalışqanlıq və prinsipallığın, idarəetmə məharətinin formalaşmasına, düzgün, vaxtında və etibarlı qərarlar qəbul etmə bacarığının yaranmasına, diqqət və konsentrasiyanın yüksək səviyyəyə qaldırılmasına və uğurlu strategiyanın müəyyən edilməsinə kömək etmək məqsədi daşıyır.
Təlimçi, Azərbaycan Dövlət İqtisad Universtetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, multikulturalizm üzrə mütəxəssis, s.ü.f.d. Telman Niftalıyev “Mültikulturalizm: Azərbaycanda həyat tərzi kimi” adlı təlim keçmişdir.
İnteraktiv şəklində keçən tədbirdə gənclərə Azərbaycan naminə həmrəy olmaları və Vətənimizin inkişafı üçün malik olduqları potensialdan maksimum istifadə etmələri barədə tövsiyələr verilmişdir.
Sonda, iştirakçılara sertifikatların verilmiş və xatirə şəkli çəkdirilmişdir.