«Rezonans» Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Keçmiş məhkumların cəmiyyətə sosial adaptasiyası” layihəsi çərçivəsində Bakı şəhərində 4 saylı Cəza Çəkmə Müəsissəsində tədbir keçirilmişdir. Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat kitabı” və bukletlər paylanmış və CÇM-nin kitabxanasına hədiyyə edilmişdir.
Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həlli istiamətində fəaliyyət həyata keçiriləcək.