Azərbaycanın mədəni irsi çox zəngindir və onlardan biri də Azərbaycan xalçalarıdır. Londonun V&A muzeyində dünyanın ən qədim xalçaları saxlanılır. Şekspirin anadan olmasından bir neçə on il əvvəl Cənubi Azərbaycanda toxunmuş Ərdəbil xalçası muzeydə saxlanılanların arasında ən nəfisi sayılır.
Şekspirin ad gününün Azərbaycanda onun şərəfinə toxunulmuş xalça ilə qeyd olunmasından gözəl nə ola bilər?!
Şekspirin ad gününə British Council və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə Şekspir mövzusunda toxunulmuş ən yaxşı xalça müsabiqəsi elan edir. Müsabiqənin şərti – üzərində Şekspir mövzusunda təsvir olan xalça modelləşdirməkdən ibarətdir; bu Şekspirin özünün, onun pyeslərindən hər hansı bir səhnənin təsviri, Şekspirin əsərlərindən qaynaqlanan abstraksiya da ola bilər.
Azərbaycanın hər bir sakini bu müsabiqənin 3 kateqoriyasında iştirak edə bilər: peşəkar dizaynerlər, uşaqlar və bütün digərləri. İşləri Azərbaycan və Böyük Britaniya mütəxəssisləri qiymətləndirəcəklər. Birinci mərhələdə müsabiqə iştirakçıları onlayn olaraq ancaq öz eskizlərini, xalça rəsmlərini göstərəcəklər, qalib gəlmiş xalça isə toxunulacaq və Londonun V&A Muzeyinə göndəriləcək. Müsabiqənin mükafatları sırasına – Şekspirin “Qlobus” teatrı və Londonun məşhur muzeylərinin ziyarəti nəzərdə tutulan London səfəri daxildir.