Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvər ol, vətən qarşısında borcunu bil” layihəsi çərçivəsində 31 may, 1,2,3 iyun 2016-cı il tarixlərində Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında 4 seminar keçirilmişdir.
Seminarlarda gənclər arasında vətənə məhəbbət hissinin artırılması, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclər arasında dövlət rəmzlərinin təbliği, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması, hərbi vətənpərvərlik ruhunun gənclər arasında təbliği, gənclər arasında vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliğ olunması, onlara Azərbaycan tarixinin, mədəniyyətinin, adət və ənənələrinin öyrənilməsi ilə bağlı geniş məlumat verilib.
“Vətənpərvər ol, vətən qarşısında borcunu bil” layihəsi çərçivəsində ümumilikdə 400 nəfərdən çox gəncin iştirak etdiyi seminarlar iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, bu müsbət qiymətləndirmələr sosial şəbəkələrdə geniş paylaşılmışdır.
Seminar iştirakçılarına layihə çərçivəsində çap olunmuş buklet, cib təqvimi və köynək dəsti paylanılmışdır.