Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş fiziki şəxslərin qrantın alınması məqsədilə müqavilələrinin imzalanması prosesi 01 iyul 2016-cı il tarixinədək aparılacaqdır.
Qeyd olunan siyahıda, müqavilələrini imzalamayan fiziki şəxslərdən öz kuratorları ilə əlaqə saxlayıb, müqavilənin imzalanması üçün vaxt təyin olunması xahiş olunur.
Qeyd olunan tarixədək Fonda müraciət etmədiyiniz halda sizin müqavilələriniz təsdiq olunmayacaq!