Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycanın xalq artisti Oqtay Mirqasımov olub. Görüşdə Fondun əməkdaşları və könüllüləri iştirak etmişdir.
Görüş zamanı Oqtay Mirqasımovun rejissoru olduğu “Qisas almadan ölmə. Keçmişdən məktublar” filminin Gənclər Fondunda nümayişi baş tutmuşdur. Film başa çatdıqdan sonra O.Mirqasımov gənclərə filmin yaranması barədə danışaraq, layihənin ideya müəllifinin özü olduğunu söylədi. Xalq artisti həyatında baş vermiş maraqlı hadisələrdən bəhs etmiş, və görüşün gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.