Bakı Beynəlxalq Tələbə Klubu əcnəbi gənclərlə birlikdə Azərbaycanın ən qədim tarixi məkanlarından biri olan Lahıcda Azərbaycanın Respublika gününü qeyd edib.
20 müxtəlif ölkənin 60-dan çox əcnəbi gəncinin qatıldığı səfərdə Azərbaycanın şərqdə ilk demokratik Respublika olması və nəinki şərqdə dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən biri olması haqqında ətraflı məlumat verilib.
Layihə çərçivəsində “Azərbaycanın mənim tərcümeyi halımda yeri” adlı yazı müsabiqəsi də təşkil olunub. Müsabiqənin qalibləri ilə görüş və mükafatlandırma da nəzərdə tutulur.
Lahic səfərində iştirak edən Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva və Bakı Beynəlxalq Tələbə Klubunun rəhbəri Aysəba Umutlu layihənin vacibliyi haqqında səfər iştirakçılarına geniş məlumat veriblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.