Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi “Multikulturalizmin Azərbaycan modeli: dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” adlı layihənin icrasına başlayıb.
Layihənin məqsədi uşaqların və gənclərin maarifləndiriməsi, bu yolla cəmiyyətin gələcək sağlam inkişafına töhfə verməkdir.
Layihənin may-iyun ayları ərzində ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulub.
25 may 2016-cı ildə 198 nömrəli tam orta məktəbdə layihə rəhbəri, Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin icraçı direktoru Bəxtimşah Tağıyeva şagirdlərə multikulturalizm anlayışı haqqında ilkin məlumat verərək Azərbaycanın multikulturalizm modelinin əhəmiyyətini vurğuladı. B.Tağıyeva Azərbaycan cəmiyyətində dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətin uğurlu fəaliyyətini qeyd edərək cəmiyyətin də bu sahədə müəyyən rol oynamalı olduğunu vurğuladı.
Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri paylanıldı.
Layihə Bakı şəhəri 275 nömrəli tam orta məktəbdə davam etdirilməsi nəzərdə tutulub.