“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İcitmai Birliyi 17 may 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Masallı rayonunda “Erkən nikahlar: reallıqlar və onların fəsadları barədə maarifləndirmə” mövzüsunda tədbir kecirmişdir. Tədbiri giriş sözü ilə Rayon Təhsil şöbəsinin metodisti Əyyar Burxanov acaraq gənclər təşkilatının üzvlərini tədbir iştirakcılarına təqdim etdi və mövzunun aktuallığı barədə qısa məlumat verdi. Sonra gənclər təşkilatının rəhbəri və eksperti mövzü ətrafında geniş cıxışlar etdilər və erkən nigahların tibbi cəhətdən zərərləri, eyni zamanda onun hüquqi cəhətdən düzgün olmadığını tədbir iştirakcılarının nəzərinə çatdırdılar. 100 nəfərədək məktəblinin iştirak etdiyi tədbirdə qızların çoxluq təşkil etməyi müsbət hal kimi qiymətləndirildi. Tədbirdə təşkilatın sədr müavini Tələt Qəribov öz cıxışında qadınlarımız və təhsilimiz haqqında klassiklərimizin və ziyalılarımızın söylədikləri ibrətamiz fikirlərindən misallar söylədi. Xalqımızın fəxri Hacı Zeynəlabdin Tağıyevin təhsil haqqında söylədikləri: Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə” fikri maraqla qarşılandı. Tədbirdə Masallı rayon ağsaqqallar şurasının sədr müavini Ələşrəf Niftiyev və rayon qəzetinin əməkdaşı Akif Ağayev maraqlı cıxışlar etdilər. Sonda tədbir iştirakcılarına mövzünun adını əhatə edən yazılı köynək və bukletlər paylanmişdır.