“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dini radikallığa qarşı təbliğatda gənclərmizin rolu” adlı layihəyəsinin ilk tədbirini Bakı şəhərinin Sabunçu rayonunda yerləşən “Gənclər Evi”ndə keçirdi.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov açaraq, layihənin məqsədi haqqında tədbir iştirakçılarına məlumat verib. TUMİB sədri ölkədəki radikalizmə qarşı mübarizə mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında geniş çıxış edib. Ç. Bayramov çıxışına davam edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sabunçu rayon idarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Respublikası Dini Qurumlar üzrə Bakı şəhər şöbəsinin məsul əməkdaşı Amal Məlikov, TUMİB-in İdarə heyyətinin üzvü Seymur Verdizadə, TUMİB-in Nəzarət Təftiş Komissiyasının üzvü Cəlal İbrahimli və TUMİB-in Səbinə Novruzzadə konfransda çıxış edərək Azərbaycan müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqların min illərdən bəri birgə yaşadıqları məkandır. Sonra natiqlər bildirib ki, vətəndaş cəmiyyəti institutları Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işlərə hərtərəfli dəstək verməlidir. Onlar qeyd ediblər ki, gəncləri yad və radikal sektaların təsirindən qorumaq hər birimizin başlıca vəzifəsidir. Çıxışçılar Azərbaycanda dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə həssas yanaşdıqlarını, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmadığını əminliklə söyləyiblər.
Tədbirin sonunda iştirakçılara diplomlar verilib.