Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan növbəti səfər:
Nihad Zahir oğlu Məmmədov 23 – 25 may 2016-cı il tarixlərində Purvakarta şəhər bələdiyyəsinin “İnkişaf İnteqrasiyası üçün Asiya–Sakit Okean Konsultantları” adlı təşkilatla (Asia Pacific Consultants for Integrated Development) birgə İndoneziyanın Purvakarta şəhərində təşkil etdiyi “Dünya Kənd Konfransı 2016” adlı tədbirdə (World Village Conference 2016) iştirak etmişdir.
Tədbirin əsas məqsədi gənclər təşkilatlarını, gənc mütəxəssisləri, hökumət nümayəndələrini bir araya toplayaraq “Kənd sənayeləşməsi dövründə davamlı inkişaf mədəniyyətinin qorunması” mövzusu üzərində innovativ ideyaları bölüşmək və müzakirələr aparmaqdan ibarət olmuşdur.