Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Gənc İnsan Hüquq Müdafiəçiləri İctimai Birliyi “Təhsil faktoru” adlı layihənin icrasını davam etdirir. Layihənin məqsədi erkən və qeyri-rəsmi nigahların mənfi nəticələri barədə araşdırma apararaq əhalinin, xüsusilə də gənclərin maarifləndiriməsi, bu yolla cəmiyyətin gələcək sağlam inkişafına tövhə vermək, riskləri azaltmaqdır. Layihənin may-iyul ayları ərzində Xaçmaz və Lənkəran rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.
Xaçmaz rayonunda layihə çərçivəsində nəzərdə tutulmuş maarifləndirici təlimlər həyata keçirildi. 20dən çox gəncin iştirak etdiyi təlimlər 2 gün müddətində davam etdi. Təlimlər müddətində gənclərə erkən nikahların fəsadları haqqında məlumatlar, onların gələcək həyatlarını daha sağlam və savadlı qurmaları üçün təhsil faktorunun vacibliyi vurğulandı. Layihənin daha sonra Lənkəran rayonunda həyata keçirilməsi planlaşdırılmışdır.