“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Müstəqil həyatda uğurlu karyera” layihəsinin icrasına başlanılmışdır. Layihənin əsas məqsədi regionlarda yerləşən uşaq evləri və internatlarda təhsil alan şagirdlərin bir sıra təlim və seminarların köməyi ilə ali təhsilə və fərdi inkişafa marağını artırmaq, karyera inkişafı və müasir əmək bazarı ilə tanış edib ona
uyğunlaşmağa kömək olmaqdır. Fəaliyyət planına əsasən layihə Quba, Şəki, Lənkəran və paytaxt Bakıda yerləşən uşaq evləri və internat müəssisələrində keçirilir. Hər müəssisədə iki gün ərzində ümumi olaraq 4 təlim-seminar keçirilr. Təlim-seminarların mövzuları bunlardır:
– Karyera planlaması və inkişafı
– Müstəqil həyat və təhsilin əhəmiyyəti
– İş axtarışı, rezyume və müsahibə sirrləri
– Fərdi inkişaf.
Layihənin sonunda yuxarıda qeyd olunmuş məktəblərin məzunları üçün müxtəlif inkişaf sahələrini əks etdirən 3 günlük karyera düşərgəsi təşkil olunacaq. Məqsəd həm gənclərə yuxarıda adı çəkilən aktual mövzular barədə məlumat vermək, həm də müxtəlif uşaq evi və internat məktəblərinin məzunlarına bir-biri ilə tanış olub şəbəkələşmələrinə imkan yaratmaqdır. Məzun gənclərin təhsil və işsizlik problemlərinin həll olunması üçün dövlət və biznes qurumları ilə əməkdaşlıq ediləcək.