Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Republikasının Müdafiə Nazirliyinin tərəfdaşlığı, Uşaq və Yeniyetmələrin Dəstək İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Sağlam ordu, yaradıcı gənclər naminə” layihəsi davam edir. Artıq Bakı Slavyan Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Neft və Sənaye Universitetində, Bakı İslam Universiteində Binəqədi rayon məktəbliləri tərəfindən “Siqaretə Yox” başlığı altında çəkilən rəsmlər sərgilənmiş, tələbələrlə söhbətlər təşkil olunmuşdur. Layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır. Layihə zamanı tələbələrlə göruşdə “Vətəni sevmək imandandır” qisa metrajlı film nümayiş edilmişdir. Layihənin may-iyun aylarında bir çox ali məktəblərdə və hərbi hissələrdə keçirilməsi nəzərdə tutulmuşdur.
Layihədən artıq minlərlə tələbə faydalanmışdır.