“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctmai Birliyi “Azərbaycan – dini dözümlülük üçün nümunə” adlı layihənin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilir.
Layihənin həyata keçirilməsində məqsəd interaktiv metodlarla sağlam və sosial təcrid olunmuş gəncləri layihəyə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, İslam dinin gənclər arasında düzgün təbliği, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm qarşı mübarizə üsulları haqqında maarifləndirmə işinin aparılmasıdır. Layihə 3 ay davam edəcəkdir.
Birliyin sədri Xalid Rəcəbli Hacıqabul rayonunda keçirlən açılış mərasimində etmişdir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin olunması və iqtisadi qüdrətimizin getdikcə artması regional əməkdaşlığı gündən-günə möhkəmləndirir. Siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdirilməsi Azərbaycanı artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə qarşılıqlı faydalı münasibətlər qurmuşdur. Əlaqələrin daim yüksələn xətt boyunca uğurla inkişaf etdiyi ötən müddət ərzində respublikada İslam ölkələrinin qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumları keçirilmişdir.
Qeyd edək ki, Azərbaycanın humanitar sahədə keçirdiyi beynəlxalq tədbirlər həmin toplantıların iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Respublikamızın gündəlik həyatı sülh, sabitlik və qarşılıqlı anlaşma ilə yaşanan ölkələrdən biri olması belə mötəbər tədbirlərin keçirilməsi üçün böyük zəmin yaradıb, çünki bir sıra ölkələrdə müşahidə edilən millətlərarası və dini münaqişələrin artan gərginliyi fonunda Azərbaycan öz sabitliyini qoruyub saxlayır. Bu gün Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. UNESCO tərəfindən qəbul edilən “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə qeyd edilir ki, tolerantlıq dünya mədəniyyətinin zəngin müxtəlifliyinə, özünüifadə formalarına və insan fərdiliyinin təzahür üsullarına hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə edir. Ona bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan, etiqad azadlığı imkan yaradır.