Ekologiya yer üzərində həyatın davamı və inkişafı ücün vacib olan bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamıya lazımdır. Bu səbəbdən, Uğurlu Gələcək İctimai Birliyi “Yaşıl Azərbaycan naminə təbiətimizi qoruyaq!” layihəsinin icrasına start vermişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gəncləri və bu sahədə biliksiz olan insanları maarifləndirməkdir.
Yüzlərlə gənci əhatə edən layihə çərçivəsində may-iyul ayları ərzində Gəncə, Şamaxı və Masallıda gənclər üçün maarifləndirici məruzələrin keçirilməsi nəzərdə tutulmuşdur. Seminarlar qeyd olunan bölgələrdə ekologiya sahəsində peşəkar mütəxəssislərlər tərəfindən keçiriləcəkdir.
Məqsədimiz ekoloji tərbiyyənin yaş səddini unudub bu işə könüllü yanaşan hər bir gəncin əli ilə digər insanlara da səsimizi yetirə bilək. Həyat üçün ətraf mühitin qorunmasının vacibliyini çatdıraq.