Dan Beynəlmiləlçi Gənclər İctimai Birliyi Azərbaycanın bütün regionlarında qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının azaldılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikaha yox de!” layihəsinin icrasına start vermişdir.
Layihə çərçivəsində erkən nikahların əsas fəsadları olan:
– körpə və ana ölümü hallarının çoxalması,
– boşanma hallarının artması,
– qızların təhsil imkanlarının azaldılması,
– erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması,
– onların daha çox fiziki və cinsi zorakılığa məruz qalmalarının qarşısının alınması üçün maarifləndirmə kampaniyası təşkil ediləcək.