Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi “Region gəncləri arasında idman mədəniyyətinin formalaşdırılması” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək vermək, region gəncləri arasında sağlam həyat tərzinin formalaşdırılması istiqamətində idman yarışlarının təşkil edilməsidir. Layihə çərçivəsində may-iyul ayları ərzində Qəbələ və Xaçmaz rayonlarında gənclər arasında idman yarışları keçiriləcəkdir. Layihənin sonunda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı videoçarx hazırlanaraq ictimaiyyətə təqdim ediləcəkdir.