Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birgə həyata keçirilən “Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları” layihəsi çərçivəsində Xızı rayonunda məktəblilər üçün təlim keçirilib.
Xızı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən təlimdə AMEA nəzdində RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev, “Elmi əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun məsləhətçisi Kənan Əliyev, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.