Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı Azərbaycan tarixçisi, professor, tarix elmləri doktoru, AMEA-nın Elmi Şurasının üzvü, A. A. Bakıxanovadına Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Kərim Şükürov olub. Görüşdə Fondun əməkdaşları və könüllüləri iştirak etmişdir.
Professor K.Şükürov görüş zamanı gənclərə tarix elmindən, Azərbaycan tarixinin bu günə kimi keçdiyi mərhələlərdən, dünya tarixində baş vermiş maraqlı hadisələrdən bəhs etmişdir.
Görüşün sonunda K.Şükürov gəncləri maraqlandıran sualları cavablandırmışdır.