Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrin Dəstək İctimai Birliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Həvəskardan Peşakara Doğru” adlı layihənin bağlanış mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Fərhad Abdulov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirzəyev, Rejissor, klipmeyker, aktyor Aqil.M.Quliyev və layihə iştirakçıları iştirak etmişdir.
Bağlanış mərasimində müxtəlif mövzular üzrə layihə iştirakçılarının lentə aldığı filmlər nümayiş olunmuşdur. Yekunda gənclər və təlimçilər mükafatlandırılmışdır.