Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən Gəncə 2016 – Avropa Gənclər Paytaxtında Könüllülük Forumu başa çatıb.
Müsahibə və müsabiqə mərhələlərindən keçərək könüllülük hüququ qazanan gənclər forum çərçivəsində 3 gün davam edən “Könüllülük”, “Liderlik”, “Uğurun açarı” mövzularını əhatə edən təlimlərdə iştirak ediblər. Həmçinin gənclər “Özgüvən və Motivasiya” mövzularında maarifləndirilib, sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı müvafiq biliklərə yiyələniblər.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə bildirib ki, layihənin əsas məqsədi gənclərin ictimai işlərdə fəallıqlarını artırmaqdan, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyətini izah etməklə könüllülüyü təbliğ etməkdən, “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsindən ibarətdir.
Forumun sonunda maraqlı diskussiyalar aparılıb, intellektual oyunlar keçirilib, iştirakçı gənclərə sertifikatlar təqdim olunub.