Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan növbəti səfər:
Bakı Dövlət Universitetinin bir qrup hüquq fakultəsi tələbələri: Sevil Hafiz qızı Əliyeva, Qəmər Musa qızı Əlizadə, Nurlana Yasif qızı Dünyamalıyeva, Turxan İsrafil oğlu İsmayılzadə və Araz Gülmirzə oğlu Poladov 27mart -2 aprel 2016-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində təşkil edilən “Filip Cessap adına Beynəlxalq Rəmzi Məhkəmə Prosesi Müsabiqəsi 2016” adlı tədbirdə iştirak edərək Azərbaycanı təmsil etmişdirlər.