Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş VII qrant müsabiqəsində “Azərbaycan əcnəbilərin öyrəndiyi kimi” adlı layihə Fransanın Strasburg şəhərində yerləşən Avropa Şurasında baş tutub. Layihə rəhbəri Zülfiyyə Yaqubova layihə haqqında məlumat verərək bildirib ki, layihə təlim formatında keçirilib.
Layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini təbliğ etmək, Azərbaycanın quruluşundan, mədəniyyətindən, tarixindən və əldə etdiyi uğurlarından Fransada təhsil alan əcnəbi tələbələrə düzgün məlumat vermək və bilgiləndirməkdir. Layihənin ilk iki günü iştirakçılara Azərbaycanın mədəniyyəti, tarixi, musiqisi, mətbəxi, ərazisi, əhlisi və.s. haqqında məlumat verilib. Layihənin son günü isə təlimdə iştirak etmiş əcnəbilər yeni qatılan iştirakçılara iki gün müddətində Azərbaycan haqqında öyrəndiklərini çatdırıblar. Layihədə bir çox millətin nümayəndələri iştirak edib. Layihə əcnəbilər tərəfindən böyük maraqla qarşılanıb və tez-tez belə layihələrin baş tutması istənilibdir.
Sonda Layihə rəhbəri tərəfindən iştirakçılara Azərbaycan bayrağı və sertifikatlar təqdim olunub.