Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Elçin Əsədli tərəfindən icra olunan “Gənc reperlər arasında vətənpərvər mahnı müsabiqəsi” layihəsi çərçivəsində seçim turunun nəticələri açıqlanmışdır. Müsabiqə komissiyası müsabiqə üçün göndərilmiş vətənpərvər replər arasında seçim edərək final üçün tərkib formalaşdırmışdır. Həmin reperlərin və gənclərin iştirakı ilə İqtisadiyyat Universiteti İqtisadiyyat və Sənaye fakültəsinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə tədbir təşkil edilmişdir. Tədbirdə layihə rəhbəri Elçin Əsədli çıxış edərək layihə və onun məğzi, Gənclər Fondu, qrant müsabiqələri və digər məsələlər haqqında geniş məlumat verərək reperləri ictimaiyyətə təqdim etmişdir.
Çıxış edən digər qonaqlar da belə müsabiqələrin vacibliyini qeyd etmiş, seçilmiş iştirakçılara finalda uğurlar arzulamışdır. Tədbir qarşılıqlı diskussiya şəraitində davam etmişdir.