Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam olaq” layihəsi həyata keçirilib.
Layihənin icra planına uyğun olaraq 5 təlim uğurla həyata keçirilib. Belə ki, ilk olaraq Yasamal rayonunun 173 saylı tam orta məktəbində, daha sonra isə Yasamal rayonunun 31 saylı tam orta məktəbində təlimlər baş tutub. Növbəti təlimlər Yasamal rayonunun 225 nömrəli, 53 və 42 nömrəli tam orta məktəblərində həyata keçirilib. Tədbirlər 9,10,11-ci sinif şagirdləri arasında, yəni 14-17 yaş arası 150 nəfər gənclə keçirilmişdir. Layihənin əsas məqsədi şagirdlərdə praktiki bilikləri artırmaq, onları hepatitlər haqqında məlumatlandırmaq, qanlarında bu virusları, qan qruplarını yoxlamaq, onlara mikroskopda qanın formalı elementlərini göstərmək idi.