Sumqayıt şəhəri 23 N-li məktəbdə “Peşə məktəblərinə təşviqat” layihəsi çərçivəsində sonuncu tədbir keçirildi. Maarifləndirmə məqsədilə həyata keçirilən tədbir 8,9-cu sinif şagirdlərini əhatə edirdi. Tədbirdə iştirak edən məktəbin direktoru Fikrət Qasımov, Sumqayıt şəhərində yerləşən 1,3,10 nömrəli peşə məktəblərinin nümayəndələri, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Fərhad Mikayılov şagirdlərə peşə məktəblərinin əhəmiyyətindən danışdılar. Tədbirdə şagirdlərə peşə məktəbinin nümayəndələri peşə məktəblərinin fəaliyyəti, məktəblərdəki ixtisaslar, maddi texniki bazası haqqında əyani vəsaitlərlə ətraflı məlumat verdilər..
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin qalibi olan layihə rəhbəri Vəfa Cəfərova tərəfindən həyata keçirilən “Peşə məktəblərinə təşviqat” adlı layihə Sumqayıt şəhərində yerləşən 4 məktəbi əhatə edib. Layihə çərçivəsində təşkil edilən tədbirlərdə peşə məktəbləri, onların fəaliyyət istiqamətləri, ixtisasları, təhsil göstəriciləri, şagirdlərə yaradacaq imkanları haqqında məruzələr edilib. Lahiyə çərçivəsində 4 məktəbdən 500-dən çox şagird peşə məktəbləri haqqında ətraflı məlumat əldə edib, Sumqayıt şəhərində yerləşən peşə peşə məktəbləri, məktəblərdəki ixtisaslar və sənaye müəssisələrini özündə əks etdirən maarifləndirici bukletlər paylanılıb.