Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçiyevanın rəhbərliyi ilə “Sağlam gələcəyin təminatçısı olaq!” layihəsi çərçivəsində Masallı rayonunda narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli tədbir keçirilib.
Tədbirdə ölkədəki bu sahədəki vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən layihə rəhbəri Leyla Yolçiyeva Azərbaycan Hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin, xüsusilə də gənclərin proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırdı. Leyla Yolçiyeva eyni zamanda gənclər arasında maarifləndirmə zamanı xüsusi həsas qruplarla, yaradıcı gənclərlə işə xüsusi diqqət yetirilməli olduğunu qeyd etdi. Qeyd edək ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Hüquq Mühafizə orqanının, Səhiyyə və Təhsil Nazirliklərinin yerli şöbələrinin nümayəndələri iştirak edib.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi cəmiyyətə narkomaniyanın zərərləri barədə məlumat verməkdən, gənclərin məktəbdən sonrakı müstəqil həyatlarında bu bəladan kənar olmaları üçün maarifləndirməkdən ibarətdir.