07 mart 2016-cı il tarixdə Suraxanı rayon Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Suraxanı rayon Gənclər və İdman İdarəsi və Gənclərin Töhfəsi İctimai Birliyinin tərəfdaşlığı ilə “İlin İstedadı” adlı layihə icra edildi. Layihədə Suraxanı rayonunda yerləşən 43 orta ümumtəhsil məktəbindən gənclər iştirak edib. Layihə rəhbəri Aytən Süleymanova bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılmasından və gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir. Çıxış edən Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov iştirakçılara uğurlar arzu edib. Daha sonar çıxış edən Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi yaradıcı gənclərin aşkarlanması baxımından böyük əhəmiyyətə malikdir. Müsabiqədə 4 nominasiya üzrə I, II, III yeri tutan iştirakçılar diplomlar təltif edilib.