“Onlayn intellektual oyun” layihəsi uğurla başa çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Baxşiyev Səbuhi Akif oğlu tərəfindən Sabirabad rayonunda həyata keçirilən “Onlayn intellektual oyun” adlı layihə uğurla başa çatdı. Layihənin həyata keçirilməsində məqsəd interaktiv metodlarla sağlam və sosial təcrid olunmuş gəncləri intellektual oyunlara cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, Azərbaycan tarixinin gənclər arasında təbliği, yeniyetmə və gənclərin intellektual oyunlarda iştiraklarının artırılması, onların maraqlarının müdafiəsi işinin aparılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır. Bu layihə region gənclərinin həmi intellektual inkişafına həmdə asudə vaxtının səmərəli təşkilinə yardımçı olacaq. Vətəndaş cəmiyyətinin inkişafına xidmət edən bir çox təşkilatların (xüsusilə, gənclər təşkilatlarının) insanların, əsasən gənclərin, sağlam həyat tərzi, mənəvi-əxlaqi tərbiyəsi və humanitar təminatı məsələlərinə diqqəti artmışdır. Odur ki, intellektual oyunların gənclər arasında təbliğınə həsr olunmuş layihələrin regionlarda icra olunması vətəndaş camiyyətinin inkişafını səciyyələndirən amil kimi nəzərə almaq olar. Maarifləndirmə işlərinin geniş miqyasda aparılması bir mənalı səkildə gənclərin gələcəkdə intellektual oyunlara marağın artmasına və fəaliyyətlərdən yararlanmaq istəyən digər gənclərində şansını artıracaqdır. Əsas diqqət gənclərə Azərbaycan tarixi haqqında düzgün informasıyanın verilməsinə nail olmaq və dolğun informasiya bazası yaratmaqdır. İntellektual oyunların əhəmiyyəti və onun yaranma tarixi,əsas tərkib hissələrindən haqqında gənclərə geniş informasiya verilmişdir. Regionlarda gənclərin intellektual inkişafı, dünya görüşün inkişafı, komanda şəkilində işləmək bacarıqının inkişafı vacib amillərdəndir.