Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sosial şəbəkələrdən düzgün istifadə qaydalarının gənclər arasında təbliği” layihəsi bitib.
Layihə zamanı gənclərlə bu mövzu üzrə təlimlər keçirilib, görüşlər təşkil olunub.
Layihə rəhbəri Şəbnəm Sədizadənin qeyd etdiyinə əsasən “Layihə gənclər tərəfindən böyük maraqla qarşılanıb və uğurla həyata keçirilib”.
6 mart tarixində keçirilmiş bağlanış mərasimində, son diskussiyalar təşkil olunub, iştirakçılar sertifikatla mükafatlandırılıb.
Layihənin gələcəkdə daha geniş formatda təşkil olunması planlaşdırılır.