Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Azərbaycanda kulturologiya elminin yaradıcısı, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov olub. Görüşdə Fondun əməkdaşları və könüllüləri iştirak etmişdir.
Fondun aparat rəhbəri Faiq Qürbəvov Gənclər Fondunun fəaliyyəti barədə məlumat verərək qonağı iştirakçılara təqdim etmişdir.
Professor F.Məmmədov görüş zamanı gənclərə kulturologiya elminin aspektləri, etik davranış qaydaları, kulturologiyanın digər elmlərlə sıx əlqəsinin vacibliyindən bəhs edərək fikirlərini Fondun əmədkaşları ilə kulturoloji test keçirərək tamamlamışdı.
Görüşün sonunda F.Məmmədov müəllifi olduğu kitabları Gənclər Fondunun kitabxanasına hədiyyə etmiş və gəncləri maraqlandıran sualları cavablandırmışdır.