Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Əzizov Məhəmməd Filman oğlu tərəfindən Füzuli rayonunda həyata keçirilən “Yaddan çıxmaz Qarabağ ” adlı layihəsinə yekun vurulub.
Layihə çərçivəsində müxtəlif məcburi köçkün qəsəbəsələrində 4 seminar keçirilib. Seminarlar zamanı Qarabağın qədim tarixi, işğal olunmuş ərazilər, vətənpərvərlik və vətənpərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, iştirakçılara maarifləndirici materiallar və vəsaitlər paylanılıb. Layihə çərçivəsində eyni zamanda 4 məcburi köçkün qəsəbəsində yaşayan yeniyetmə və gənclər arasında keçirilmiş “Mən vətənimi necə sevirəm” mövzusunda rəsm müsabiqəsinə də yekun vurulub.
26 fevral 2016-cı ildə Xocalı faciəsinin 24-cü ildönümünə və layihənin yekunlarında həsr edilmiş Füzuli rayon Gənclər Mərkəzində keçirilən tədbirdə layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat verilib və “Mən vətənimi necə sevirəm” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub. Öz vətənpərliklərini çəkdikləri rəsmlər vasitəsilə cəmiyyətə çatdıran yeniyetmə və gənclərin arasından münsiflər heyətinin seçimi ilə fərqlənənlər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, müxtəlif tədbirlər vasitəsilə Qarabağın qədim tarixini və tarixi həqiqətləri təbliğ etmək, vətənpərvərlik və vətənə bağlılıq ideyalarının təşviqi ilə gənclərin ictimai fəallığını artırmaqan ibarətdir.