Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin C kateqoriyası üzrə qaliblərindən olan Turan Əhmədovun “İşıqlar Danışsın” adlı layihəsinin ilk mərhələsinə yekun vuruldu.
Layihə Gəncə şəhəri və ətraf regionlarda yaşayan gəncləri əhatə edir. 20 yanvar – 20 aprel 2016-ci il tarixlərini əhatə edən, üç mərhələdən ibarət olan layihənin məqsədi Fotoqrafiyaya marağı olan gənclərə foto təlimlər keçmək, “Donmuş işıq” texnikasını öyrədərək onların bu sahəyə olan maraqlarını artırmaqdır.
20 – 28 fevral tarixlərini əhatə edən birinci mərhələdə – gənclərə mütəxəsislər tərəfindən 7 günlük foto təlimlər keçirilir, ikinci mərhələdə – təlim iştirakçılarının çəkdiyi fotolardan ibarət 20 günlük müsabiqə keçiriləcək, sonuncu mərhələyə Gəncə şəhərində, müsabiqə nəticələrinin açıqlanacağı və iştirakçıların əl işlərindən ibarət Foto sərginin təşkil olunması ilə yekun vurulacaq.