Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc jurnalistlər üçün məktəb” layihəsi həyata keçirilib. Gənclər Fondunun elan etdiyi yeddinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində keçirilən layihənin əsas məqsədi gənclərin jurnalistikaya olan marağının artırılması və onlara düzgün istiqamətin göstərilməsindən ibarət olub. “Gənc jurnalistlər üçün məktəb” layihəsini giriş sözü ilə açan Ə.Əlyev adına 204 saylı orta məktəbin direoktoru Rzayeva Ziba xanım bu cür tədbirlərin vacibliyinə toxunaraq bildirib ki, ölkədə gənc jurnalistlərin yetişməsinə ehtiyac böyükdür. Layihənin gedişatına uğurlar arzulayan Ziba xanım daha sonra sözü “Gənc jurnalistlər üçün məktəb” layihəsinin koordinatoru Orxan Bayramlıya verib. Orxan Bayramlı öz növbəsində layihə haqqında iştirakçılara dolğun məlumatlar çatdırıb. Orxan Bayramlı layihənin əsas məqsədinin gənclərdə jurnalistikaya maraq artırmaq və onların bu sahədə biliklərinin artırılması olduğunu xüsusi qeyd edib. Layihə ərzində iştirakçılara peşəkar jurnalistlər tərəfindən müxtəlif mövzuları əhatə edən təlimlər keçirilib və sonda aktivliyi ilə fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.