Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Ruslan Ağamətov tərəfindən Bakı şəhərində həyata keçirilən “Yeni dövrün yeni e-imkanları” adlı layihə çərçivəsində təlimlərin keçirilməsi uğurla sona çatıb.
Layihə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə gənclərin fəaliyyətinin səmərəlilik göstəricisinin yüksəldilməsi, dövlət idarəçiliyi mexanizmlərindən istifadə imkanlarını artırmaq, e-hökumət institutunun və elektron xidmətlərin gənclər arasında təbliğ olunmasını, şəffaflığın təmin olunmasını əhatə edib. Layihənin əsas məqsədi gənclərinin elektron xidmətlərdən istifadə etmələrinə dəstək olmaq, insanları köhnə steotiplərdən uzaqlaşdırmaq, onların gələcək həyatarında daha səmərəli və operativ üsulla xidmətləri əldə etmələrinə kömək etmək olub. Qeyd olunan istiqamətlər üzrə həyata keçirilən təlimlərdə iştrakçılara geniş, ətraflı məlumatlar verilib. Təlim zamanı gənclərə təlimlərlə əlaqəli məlumatları özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılıb. Həmçinin layihənin qiymətləndirilməsi və təlimlərin interaktiv keçirilməsi məqsədi ilə iştrakçılar arasında qısa müzakirələr keçirilib, qeydlər aparılıb. Təlimlərin sonunda iştrakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.