Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirillən uğurla icra edildi. “Peşə təhsilinə marağın artırılması” layihəsi çərçivəsində Bakı şəhəri, Ə.Əliyev adına 204 saylı tam orta məktəbdə 9-cu sinif şagirdlərinə peşə təhsili və bu təhsilin üstünlükləri barədə təlimlər keçirilib. Layihə iştirakçılarına peşə məktəblərində keçirilən dərslər barədə izahlı şəkildə, dolğun məlumat çatdırılıb. “Peşə təhsilinə marağın artırılması” layihəsinin rəhbəri Fidan Əmirli bildirib ki, hazırki dövrdə peşə məktəblərinin təbliğinə böyük ehtiyyac var. Belə ki,gənclərin əksər hissəsi ali məktəbləri hədəf olaraq seçdiyi üçün peşə məktəbləri arxa plana düşür. Ancaq layihə çərçivəsində “Gənclər peşə məktəblərini nə üçün seçməli?” sualını peşəkar təlimçilər cavablandırıb. Layihənin əsas komponenti təlimlər vasitəsi ilə peşə məktəblərində keçirilən müxtəlif ixtisas və peşələr barəsində məlumatın şagirdlərə çatdırılması olduğunu qeyd edib. Sonda vurğuladı ki, gənclər peşə məktəblərini seçməklə sevdikləri ixtisas və peşəyə yiyələnərək, peşəkar kadr kimi yetişir.
Daha sonra layihə iştirakçılarına müxtəlif peşə bacarıqlarına malik olan, ixtisaslaşmış təlimçilər tərəfindən 5 gün ərzində “Peşə təhsilinin təbliği və marağın artırılması”, “Peşə ixtisaslı gənclərin iş tapmasına yardımçı olmaq”, “Bakının sosial-iqtisadi inkişafında gənclərin xüsusi çəkisini artırmaq”, “Gənclərə doğru seçimin göstərilməsi” və “Peşə nə üçün vacibdir” mövzularında təlimlər keçirilib.