Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə tərəfdaşlığı ilə “Həvəskardan peşəkara doğru” adlı layihəyə start verildi.
Layihənin məqsədi uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasından, cəmiyyətdə uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının formalaşdırılmasından və həvəskar rejisor operatorları stumullaşdıraraq gənc istedadların üzə çıxarılmasından ibarətdir.
Layihə çərçivəsində 20 nəfər həvəskar rejissor və operatora 1966-ci ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışan, Azərbaycan Kinomotoqrafçılar Birliyinin və Azərbaycan Kinorejissor Gildiyası Bürosunun üzvü, xalq artisti Ramiz Həsənoğlu, Beynəlxalq “MİR”, AzTv, “ABA” Teleşirkətində müxtəlif televerilişlərin rejissoru kimi çalışmış, musiqili video işləri ilə Azərbaycanda məşhurlaşmış Aqil M. Quliyev və Kənan M.M kimi ixtisaslaşmış rejissorlar tərəfindən 4 gün müddətində təlimlər keçiriləcək.
Təlimlər mart ayının 1,2,3,4 Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında peşakar ustadlar tərəfindən təlimlər keçiriləcək.
Layhə rəhbəri – Tural Əliyev. Əlaqə nömrəsi 055 6074049