Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəni gənclər qoruyur” adlı layihə yekunlaşıb. Belə ki, gənclər arasında keçirilən bu layihənin əsas məqsədi tələbələrin müəyyən mənada hərbi xidmətə hazırlıq
səviyyəsini yüksəltmək, atıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsini təmin etmək olub.
Layihə çərçivəsində gənclər arasında Paintball çempionatı keçirilib. Çempionata müxtəlif universitetlərdən tələbə qrupları komanda şəklində qoşulub və çempionatda 1-ci yeri tutan komandaya mükafat verilib.
Xatırladaq ki, layihə Qəhrəmanov Kamran Nazim oğlunun təşəbbüsü əsasında keçirilib.