“Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsinin bu dəfəki qonaqlarından biri Türkiyənin “Doğan” xəbər agentliyinin, “Kanal D”-nin Azərbaycan və Gürcüstandakı nümayəndəsi Əli Kan olub. Əli Kan təlimdə öz təcrübəsini tələbə gənclərlə bölüşüb. O, jurnalistikanın nəzəriyyəsi ilə yanaşı təcrübənin də önəmli olduğunu vurğulayıb. İstanbul universitetinin “İletişim” fakültəsini bitirən nümayəndə ilk vaxtlar iş tapmağın çətin olduğunu deyib. Amma mübarizlik və gecə-gündüz çalışmağının nəticəsi onun indiki mövqeyini müəyyənləşdirib. Əli Kan başqa ölkəyə ezam olunarkən hansı qaydalara riayət etmək lazım olduğundan danışıb. O həm, jurnalıist kimi həm də vətəndaş kimi Azərbaycan-Türkiyə münasibətlərinin konstruktik inkişafında maraqlı olub. Hazırladığı xəbərlərdə isə hər iki ölkənin mənafeyinə zərər vura biləcək xəbərlərə xüsusi diqqət yetirib. Təlimin sonunda o, tələbə gənclərin gələcəkdə lazımı təcrübəyə yiyələnməsi üçün hər zaman yanlarında olduğunu, çəkilişlərə onlarla birlikdə yollanmağa hazır olduğunu dedi. Layihənin digər qonağı isə Hüquqşünas Vüqar Məmmədov olub. O tələbə gənclərə jurnalistikanın hüquqi aspektlərini izah edib. Hüquqşünas fikir, söz, məlumat azadlığının əhəmiyyətini xüsusi qeyd edib. Həmçinin Vüqar Məmmədov söz azadlığının pozulması ilə bağlı şəxslərin hansı hallarda məsuliyyətə cəlb olunması barədə də məlumat verib. Tələbələrin suallarını cavablandıran hüquqşünas jurnalistikanın hüquqi tənzimlənməsinin önəmli olduğuna diqqət çəkib.
Qeyd edek ki, “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində fəaliyyət göstərən “Jurnalistlər” İşçi Qrupunun təşkilati dəstəyi ilə keçirilir. Sonda layihə rəhbəri Şamil Məhərrəmov tələbələrə növəti təlimlə bağlı məlumat verib və layihənin bukletlərini gənc tələbələrə paylayıb.