Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaş qismində iştirak etdiyi “Sağlam Universiada” layihəsinin yekun final turniri keçirilib.
Velosiped idmanı üzrə keçirilən turnirdə 4 universitet komandasından 20 tələbə 1-ci, 2-ci və 3-cü yerlər üzrə mübarizə aparıblar.
Bu 4 universitet əvvəlcə keçirilən paintball və atıcılıq turnirlərinin qalibləri olaraq final turnirində yarışıblar.
1-ci yerə Azərbaycan Texniki Universiteti
2-ci yerə Azərbaycan Memarlıq və İnşaat Universiteti
3-cü yerə Azərbaycan Universiteti layiq görülüb.
Qaliblər “Sağlam Universiada” layihəsinin rəhbəri tərəfindən diplomlarla mükafatlandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək, onlar arasında sağlam həyat tərzinin təbliği, bir sıra idman növlərinin geniş şəkildə yayımlanmasına təkan vermək, onlarda idmana maraq yaratmaq idi. Nəticə olaraq, layihə sayəsində 100 gənc birbaşa, 5000-ə qədər insan mətbuat və sosial şəbəkələr vasitəsilə maariflənib.