Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Xəlilov Ənvər Vamiq oğlu tərəfindən Füzuli rayonunda həyata keçirilən “Qarabağ – yaşayan tarix – intellektual festival” adlı layihə uğurlu başa çatıb. Layihənin məqsədi gənclərinin asudə vaxtının səmərli keçirməsinə və intellektual inkişafına dəstək olmaqdır.
Dövr, mühit, zaman dəyişsə də tələblər həmişə artan xətt üzrə inkişaf edir. Müasir dövrdə, Azərbaycan təhsilinin və bununla bərabər mədəniyyətinin, milli dəyərlərin zəngin çalarlarını dünyaya açıqlamasında güclü intellektaul bazaya malik olmağın vacibliyi bir daha özünü təsdiq edir. İntellekt qarşılıqlı ünsiyyət zamanı özünü biruzə verir. Gənclərin intellektual inkişafının əsasında bilik, zəngin ağıl və möhkəm iradə dayanır. Layihə çərçivəsində gənclərə maarifləndirici bukletlər paylanılıb. Fetival çərçivəsində Qarabağın tarixindən bəhs edən müxtəlif suallar ətrafında müzakirələr aparılıb. İntellektual festivalda Qarabağla bağlı suallar gənclər tərəfindən maraqla qarşılanıb. İşğal olunmuş ərazilər haqqında geniş məlumatlar verilib. Gənclərə layihənin əhəmiyyəti haqqında və gələcəkdə faydlı tərəfləri ilə bağlı informasiyalar çatdırılıb.