Sumqayıt Gənclər Evində 08 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Gənclərinin Sağlam Gələcəyi təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə “Gələcəyinə biganə qalma” layihəsi çərçivəsində III yekun seminar keçirilib.
Seminarda çıxış edən Baş İdarənin əməkdaşı Ceyhun Hüseynov və layihə rəhbəri Səxavət Eminov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən, ölkədə aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq artıq gənclərin həytımızın bütün sferalarında təmsil olunduğundan, cəmiyyətin ictimai həyatında gənclərin iştirakının artmasından, qərar alma proseslərində gənclərin etibarlı bir tərəf kimi tanınmasından danışıblar.
Layihənin məqsədi gənclərin ictimai həyatda inkişafının dəstəklənməsi, fərqli sahələri təmsil edən gəncləri bir araya gətirərək fikir mübadiləsinin aparılması, gənclərin baxış istiqamətindən problemlərin həlli üçün diskusiyaların təşkil edilməsi və ictimai həyatda məqsədyönlü iştirakının təmin edilməsindən ibarətdir.
Daha sonra layihə çərçivəsində keçirilmiş hər iki seminarda aktivlik nümayiş etdirən 20 nəfər iştirakçı ilə gənclik mövzusunda ictimaiyət və vətəndaş arasında dialoqun qurulması, ictimai təşəbbüskarlığının üzə çıxarılması, müxtəlif ictimai-sosial layihələrdə dinamizminin artırılması, könüllülük fəaliyyəti və bu sahəyə motivasiya olunma kimi istiqamətlərdə fikir mübadiləsi aparılıb, müzakirələr və qrup çalışmaları təşkil olunub.
Sonda layihənin yekunu olaraq 3 nəfər gəncə seminarlarda fəal iştirakına görə sertifikatlar təqdim edilib.