Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində milli hərbi-vətənpərvərlik filmləri həftəsi keçirilib.
Layihə çərçivəsində milli hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş filmlərimiz nümayiş olunub. Layihə gənclər tərəfindən maraqla qarşılanıb.
“Milli hərbi-vətənpərvərlik filmləri həftəsi” layihəsinin rəhbəri Günel Məmmədova mətbuata açıqlamasında bildirib ki, layihənin əsas məqsədi gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq, hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş milli filmlərimizin gənclər arasında təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirtməsinə dəstək olmaqdır.