Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə VII Qrant müsabiqəsinin qalibi olmuş “Təhlükəni dəyərləndir, sağlamlığını qoru!” layihəsinin yekun mərhələsi uğurla həyata keçdi.
Layihə rəhbəri Aynur Aslanova təlim iştirakçılarını salamlayıb, layihənin məqsəd və vəzifələrindən danışıb və təlimdən əldə olunacaq nəticələri vurğulayıb.
Daha sonra gənclərə “Risk nədir?”, “Təhlükə nədir?”, adları altında müxtəlif istiqamətlərdə texniki təhlükəsizlik qaydaları haqqında məlumatlar verilib, işdə, evdə, yolda və s. yerlərdə olarkən qarşılaşacaqları mümkün təhlükələr zamanı özlərini itirmədən vəziyyətdən çıxış yolları tapmaq imkanları öyrədilib, təhlükəsizlik qaydaları və onlara riayət olunmasının vacibliyi haqqında müfəssəl məlumatlar verilib.
Təlimin sonunda istirakçılar sertifikatla təltif olunub, xatirə şəkilləri çəkilib.